Yerevanda keçirilən Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında ER Baş naziri bildirib ki, 2021-ci ildə Ermənistanın AİB ölkələri ilə ticarət və əməkdaşlığın sabit artım templəri olub.
“Ermənistanın AİB ölkələri arasında xarici ticarət dövriyyəsi 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,8% artıb. Bu ilin 9 ayında Ermənistandan AİB ölkələrinə ixracın həcmi 27,8% artıb.
Artım bütün AİB tərəfdaşları üçün qeydə alınıb. Rusiya Federasiyasına ixrac 27,4%, Belarusa 19,2%, Qazaxıstana 89,5%, Qırğızıstana 48,0% artıb. Bu, təkcə AİB çərçivəsində ticarət əməkdaşlığının inkişafından deyil, həm də yeni imkanların mövcudluğundan xəbər verir”.