18 Noyabr, saat 14:00-a olan məlumata görə, Ermənistan Respublikasının sərhəd zonalarında ciddi insidentlər qeydə alınmayıb. Operativ vəziyyət ER Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu barədə Birləşmiş Erməni İnformasiya Mərkəzi məlumat yayıb.
“Son saatlar internetdə və mediadə fəal şəkildə yayılan sərhəd toqquşmaları ilə bağlı videogörüntülərlə əlaqədar bildirmək istəyirik ki, onlar müvafiq strukturlar tərəfindən daim araşdırılır.
İndiyədək yayılan videogörüntülərdə baş verən hadisələr daha əvvəl baş verib”, - deyə məlumatda bildirilir.