NATO Azərbaycan və Ermənistan arasında davam edən gərginlikdən narahatdır. Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Twitter”də bildirib.
“Hər iki tərəf səylərini yeniləməli və münaqişənin səbəblərini həll etməlidir. NATO normallaşma prosesini və qalan məsələlərin həllini dəstəkləyir”, - deyə Kolomina vurğulayıb.