Ermənistan Müdafiə Nazirliyi noyabrın 14-də Ermənistan tərəfinin 6 azərbaycanlı hərbçini əsir götürməsi, sonra isə gizli şəkildə geri qaytarması barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edir.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən “Armenpress”-ə məlumat verilib.
“Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Aydın məsələdir ki, belə bir vəziyyətdə erməni tərəfi ən azı əsir mübadiləsini həyata keçirəcəkdi”,-məlumatda qeyd olunub.