Hökumətdə jurnalistlərə söhbət zamanı İqtisadiyyat naziri Vahan Kerobyan Syunikdəki investisiya proqramına toxunaraq bildirib ki, İranın bir qrup böyük şirkətlərinin Meğri Azad İqtisadi Zonasına investisiyaları ilə bağlı proqram hökumətin növbəti iclasında təqdim olunacaq və təsdiq edildikdən dərhal sonra həyata keçiriləcək.
“Bundan başqa, bir çox başqa mövzular da var, xüsusən də turizm mövzusu. Bizim Meğridə “İzmiryan” fondu ilə birlikdə həyata keçirdiyimiz olduqca yaxşı bir layihəmiz var",-o bildirdi.