“Freedom House” Ermənistan və Azərbaycan arasında iki tərəfdə hərbçilərin həlak olması və yaralanması ilə nəticələnən hərbi əməliyatarın başlanılmasından narahatdır. Bu barədə “Freedom House”un rəsmi “Twitter” səhifəsində qeyd edilib.
“Əsir götürülmüş hərbçilərə pis rəftarla bağlı məlumatlar araşdırılmalı və onların vətənə qayıtması barədə ətraflı məlumat verilməlidir”, - deyə yazıda qeyd edilib.
“Freedom House” maraqlı tərəfləri, ATƏT-i və beynəlxalq insan haqları təşkilatlarını uzunmüddətli, insan mərkəzli sülh quruculuğu mexanizmlərdən, o cümlədən gələcək eskalasiyanın qarşısını almağa və hərbi əməliyyatların şəffaflığını təmin etməyə çağırıb.
“Freedom House” Ermənistan və Azərbaycanı mülki şəxslərə və əsir götürülmüş hərbçilərə qarşı insan hüquqlarının pozulmasına dair hər hansı iddianın şəffaf araşdırılmasını dəstəkləməyə çağırır”, - deyə bəyanatda bildirilir.