Noyabrın 16-da ER xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov, noyabrın 17-də isə İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lind, həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Kern Donfrid ilə telefon danışığı aparıb.
ER xarici işlər naziri Ararat Mirzoyan həmkarlarına noyabrın 16-da Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində yaranmış vəziyyəti ətraflı şəkildə təqdim edib.
ER XİN başçısı qeyd etdi ki, Ermənistanın regionda vəziyyətin deeskalasiyası və sabitliyin bərqərar edilməsi səylərinə cavab olaraq Azərbaycan hakimiyyəti ER suveren ərazisinə növbəti təcavüzə başlayıb.
Həmsöhbətlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə də toxunublar. Bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən səfərinə əhəmiyyət verilib.