ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində atəşkəsi alqışlayıb. Bu barədə o, “Twitter”də yazıb.
"Ermənistanın XİN başçısı Ararat Mirzoyanla danışdım. Rusiyanın vasitəçiliyindən sonra Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsini alqışlayıram və deeskalasiyaya çağırıram. İnsan itkisinə görə dərindən təəssüflənirəm. Minsk Qrupu həmsədrləri və şəxsi nümayəndəsi vasitəsilə davam edən prosesə dəstəyini bir daha təkrarlayıram", - ATƏT sədri bildirib.