Ermənistan hakimiyyəti gözləyir ki, Rusiya strateji tərəfdaş kimi ölkəmizin sərhədində Azərbaycanın son hərəkətləri nəticəsində yaranmış problemlərin həllinə kömək edəcək. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan “Kommersant”a bildirib.
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən illik iclasında iştirak edən Grigoryan qeyd edib ki, sovet dövründə mövcud olan bütün xəritələrə görə, hazırda Azərbaycan qoşunlarının yerləşdiyi hissə Ermənistanın suveren ərazisi hesab olunur.
Azərbaycanın hərəkətlərini təcavüz kimi qiymətləndirən Grigoryan 1997-ci ildə Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi xatırladıb. O qeyd edib ki, Yerevan məsələnin diplomatiya yolu ilə həllinin tərəfdarıdır. Amma bu mümkün deyilsə, məsələ hərbi yolla həll edilməlidir”.
“Kommersant” xəbər verir ki, MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü çərçivəsində Grigoryan və onun azərbaycanlı həmkarı arasında ayrıca görüş nəzərdə tutulmur.