“KTMT ərazisində hərbi təhlükənin səviyyəsi azalmır”.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas MDB Təhlükəsizlik Şuraları katiblərinin IX iclasının iştirakçılarına müraciətində deyib.
“Ermənistan, Azərbaycan və Rusiyanın 9 noyabr 2020-ci il tarixli Bəyanatında təsbit olunmuş üçtərəfli sazişlər Qarabağda qan tökülməsinə son qoymağa imkan verib. Lakin atılan addımlara baxmayaraq, Ermənistan və Azərbaycanın təmas xəttində hələ də gərginlik qalmaqdadır”, – deyə KTMT rəhbəri bildirib.