Noyabrın 17-də Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Moskvada MDB dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin 9-cu iclasında iştirak edib.
Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan çıxış edərək, yuxarıda qeyd olunan məsələlərlə yanaşı, Azərbaycan qoşunlarının Ermənistan Respublikasının ərazisinə soxulması və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə də toxunub.
O, xüsusilə qeyd edib ki, Ermənistan Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatları Ermənistanın ərazi bütövlüyünə qarşı addım hesab edir.
Təhlükəsizlik Şurasının katibi Ermənistanın sülh prosesinə sadiq qaldığını, demarkasiya prosesinə başlamağa hazır olduğunu, eyni zamanda, öz sərhədlərindən istənilən hərbi təcavüzü qətiyyətlə dəf edəcəyini vurğulayıb.
Kommunikasiyaların açılması haqqında Grigoryan qeyd edib ki, Ermənistan, baş nazirin müavinləri səviyyəsində formalaşmış formata böyük əhəmiyyət verir, noyabrın 9-da və yanvarın 11-də əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün bütün səyləri göstərməyə hazırdır.