Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsini müzakirə ediblər və baş verən silahlı toqquşmalardan narahatlıqlarını ifadə ediblər.
Rudenko və Klaar Bakı və Yerevanın təmkin nümayiş etdirməsi, bütün problemlərin siyasi və diplomatik üsullarla həll edilməsinin vacibliyini vurğulayıblar.