Azərbaycanda İkinci Qarabağ Müharibəsi iştirakçılarının sosial müdafiəsi tədbirləri çərçivəsində 2200 veterana əlillik təyin edilib.
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaralanmış hərbi qulluqçulara birgə baxış keçirir, güc qurumlarının hərbi-həkim komissiyalarının məlumatları əsasında əlillik haqqında sənədləşmə işi aparır və müalicə-profilaktika müəssisələrinə göndəriş verir.