Noyabrın 15-də Ağdam sakini minaya düşərək ölüb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat yayılıb.
Məlumata görə, rayonun Təzəkənd kəndində sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.