Noyabrın 16-da Brüsseldə ER xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhe ilə görüşüb.
ER xarici işlər naziri və Aİ komissarı Ermənistan-Avropa İttifaqı əlaqələrinin, o cümlədən Avropa İttifaqı ilə sahəvi əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
Nazir Mirzoyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində mümkündür.
Tərəflər Artsaxa təcavüz nəticəsində Azərbaycanın yaratdığı humanitar problemlərə toxunub. Bu kontekstdə Ararat Mirzoyan erməni hərbi əsirlərin, girovların və digər saxlanılanların qeyd-şərtsiz vətənə qaytarılmasının vacibliyini vurğulayıb.