Artsaxın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Şuşi İncəsənət Muzeyində qalan rəsm əsərləri ilə azərbaycanlı rəssamlarının əsərlərini mübadilə etməyə hazırdır. Müharibədən sonra Rusiyanın Artsaxdakı sülhməramlı qoşunları vasitəsilə bu barədə Azərbaycana məlumat verilib.
Artsaxın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Lusine Ğaraxanyan qeyd edib ki, Azərbaycanda, xüsusən də Bakıda Rusiya sülhməramlısının təklifini qəti şəkildə qəbul etməyiblər.
Stepanakert qalereyasının direktor vəzifəsini icra edən Nonna Grigoryan isə bildirib ki, Azərbaycan müəlliflərinin rəsmləri Stepanakert qalereyasının fondunda saxlanılır, burada rəsm əsərlərinin qorunması üçün hər cür şərait mövcuddur və 1970-ci illərdə yaradılmış rəsmlərin sayı 50-yə yaxındır.
“Şuşi İncəsənət Muzeyində 600-dən çox rəsm əsəri qalıb. Bunlar beynəlxalq səviyyədə tanınmış rəssamların əsərləridir”,- deyə “Şuşi Şəhər Muzeyləri”nin direktoru qeyd edib.