Ermənistanda daha 378 nəfərdə koronavirus aşkarlanıb, 1962 nəfər sağalıb
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 328 963 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 39 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 055-ə çatıb.