Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti məlumat verir ki, bu il noyabrın 15-də yerli vaxtla saat 00:00-dan etibarən Azərbaycan tərəfi Kapan-Çakaten avtomobil yolunun Azərbaycanın nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi quracaq.
Buna uyğun olaraq, erməni tərəfi də eyni şəkildə qeyd olunan magistral yolda sərhəd və gömrük məntəqələri quracaq.
Eyni zamanda bildirilir ki, sözügedən hissədə alternativ avtomobil yolu bu ilin sonuna kimi hazır olacaq.