Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Eemənsitan sərhədində baş verənlərlə bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə həlli, yəni Sovet Ermənistanının de-yure müəyyən edilmiş sərhədindən qoşunların çıxarılması və beynəlxalq hüquq çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin zəruriliyini vurğulamaqda davam edir.
“Ermənistan Respublikasının Təhlükəsizlik Şurası hakimiyyətin və xalqın suverenliyini, ərazi bütövlüyünü və vətənin müstəqilliyini qorumaq əzmini ifadə edir.
Biz həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə hərtərəfli həlli üçün səyləri gücləndirməyə çağırırıq”,- bəyanatda qeyd olunub.