Noyabrın 11-də YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak etmək üçün Parisdə səfərdə olan ER xarici işlər naziri Ararat Mirzoyan Fələstinin xarici işlər naziri Riyad Malki ilə görüşüb.
Xarici işlər nazirləri erməni və ərəb xalqlarının zəngin tarixi-mədəni əlaqələrini və ənənəvi dostluğunu vurğulayıblar.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran aktual məsələlərə toxunub, Ermənistan-Fələstin siyasi dialoqunun dərinləşdirilməsi üçün əməli addımların atılmasını vacib sayıblar.
Müqəddəs Torpağında erməni tarixi, mədəni və dini irsi ilə bağlı məsələlər də müzakirə olunub.