Noyabrın 12-də Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan Hindistanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Kişan Dan Devali və Hindistanın Ermənistan Respublikasına yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Rajeş Puşkari qəbul edib.
Müdafiə naziri briqada generalı Puşkarı Ermənistanda akkreditasiyası münasibətilə təbrik edib, Hindistan attaşesinin akkreditasiyasının iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində ciddi addım olduğunu qeyd edib.
Görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub. Tərəflər bir daha təsdiq etdilər ki, qarşılıqlı maraq doğuran bir sıra sahələr var ki, onlar əməkdaşlıq sazişlərində öz əksini tapmalıdır.