Avropa İttifaqı (Aİ) Aralıq dənizində qazma işlərini davam etdiyinə görə Türkiyəyə qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.
Bu barədə Avropa İttifaqı (Aİ) ölkələri Şurasının bəyanatında deyilir.
“Türkiyə deyilənlərə məhəl qoymayaraq Şərqi Aralıq dənizində qazma əməliyyatlarını davam etdirdi. Bu baxımdan tətbiq edilən sanksiyaların müddəti 2022-ci il noyabrın 12-dək uzadılıb”.