Noyabrın 11-də Parisdə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransız-Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədrləri Ara Toranyan, Murad Papazyan və büronun katibi Nadia Qortsunyan ilə görüşüb.
Həmsöhbətlər Ermənistanın üzləşdiyi çağırışlar, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Spyurk (diaspor) əməkdaşlığı və fransız-erməni icması ilə bağlı məsələləri müzakirə ediblər.