ATƏT Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Xovayev və Bris Rokfey noyabrın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşündən sonra bəyanat yayıblar.
Qeyd olunub ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak etdi.
“Həmsədrlər gərginliyin azaldılması və bu kontekstdə gələcək addımlar, o cümlədən gələcək görüşlərin keçirilməsi və həmsədrlərin regiona təklif olunan səfəri ilə bağlı müzakirələri davam etdiriblər”,- bəyanatda qeyd olunub.
Qeyd olunur ki, həmsədrlər noyabrın 9-da üçtərəfli bəyanatda tərəflərin üzərinə götürdükləri öhdəliklərin icrasını müzakirə etdilər.
“Həmsədrlər humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər, tarixi və mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişin vacibliyini təsdiqləyiblər. Həmsədrlər həmçinin qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırırlar”,- bəyanatda qeyd olunub.