10 noyabrda Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.
İclasda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub.
Səsvermədən sonra layihə qəbul edilib.
Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə bölgəyə əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi.