Noyabrın 12-də Rusiya və Fransanın xarici işlər nazirləri və müdafiə nazirləri arasında Parisdə beynəlxalq konfrans çərçivəsində Liviya ilə bağlı ikitərəfli görüş keçiriləcək.
Təhlükəsizlik üzrə Əməkdaşlıq Şura çərçivəsində Fransa silahlı qüvvələrinin naziri Florans Parlin və Avropa və xarici işər naziri Jan-iv Lı Drian rusiyalı həmkarlarını Rusiya müdafiə naziri Sergey Şoygu və XİN başçısı Sergey Lavrovu qəbul edəcəklər.
Nazirlər Avropada strateji əməkdaşlıq məsələləri, böhranların hərbi-siyasi aspektlərini müzakirə edəcəklər. ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iki ölkənin gördüyü işlər, İranla nüvə sazişi üzrə danışıqlar da gündəmdədir.