Amerikalı siyasi şərhçi Maykl Rubin “National Interest”də Artsax müharibəsinin bitməsindən bir il sonra yaranmış vəziyyət haqqında məqalə dərc edib: “Ermənistan və Azərbaycanın Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə son qoyan atəşkəs haqqında razılığa gəlməsindən bir il ötür. Üçtərəfli razılaşmanın yekun bəndində deyilir: “Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri açılır”.
Rubinə görə, son aylarda Rəcəb Tayyib Erdoğan və İlham Əliyev üçtərəfli razılaşmanın yekun tərifini dəyişdirməyə çalışıblar.
“Birincisi, onlar həmin məqamı Ermənistanın suveren ərazisini böləcək dəhliz təmin etmək kimi şərh etdilər. İkincisi, onlar regionda bütün iqtisadi və nəqliyyat əlaqələrini blokadan çıxarmaq öhdəliyinə məhəl qoymurlar”, - deyə Rubin qeyd edib.
“Əliyevin tədidlərlə çıxışından iki gün sonra dövlət katibi Entoni Blinkenin Azərbaycanın diplomatiyaya sadiq olduğunu və hərbi gücdən imtina etdiyini bir daha təsdiqləməsi ya Dövlət Departamentinin, ya da Blinkenin “Azadlığa dəstək barədə” qanununun qəsdən pozulmasını süvut edir”,- deyə Rubin qeyd edib.