Ermənistanda daha 1675 nəfərdə koronavirus aşkarlanıb, 1277 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 324 039 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 69 nəfər ölüb. Bununla da ölənlərin sayı 6831-a çatıb.