2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatdan sonra bir ildir ki, Azərbaycan tərəfi Artsax əhalisinə qarşı qəsdən və məqsədyönlü şəkildə cinayət əməlləri davam etdirir. Bunu Artsax Ombudsmanı Geğam Stepanyan bildirib və əlavə edib ki, bütün bu hallarla bağlı bəyanatlar edilib və beynəlxalq təşkilatlara məlumat göndərilib.
O qeyd edib ki, genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, Azərbaycan-Türkiyə tərəfindən aparılan təcavüzkar müharibə Artsax əhalisinin qorxudulmasına çevrildi, bu isə Artsaxı ermənilərdən boşaldma məqsədini daşıyır.
“Artsax Respublikası Prokurorluğundan təqdim olunan statistikaya görə, keçən ildə Artsaxın yaşayış məntəqələrinin yaxınlığında yerləşən Azərbaycan SQ tərəfindən 56 cinayət törədildi və bununla bağlı 43 cinayət işi açıldı. Azərbaycaın cinayətkar hərəkətləri nəticəsində 2 mülki şəxs və 9 hərbçi həlak oldu”,-deyə Ombudsman vurğuladı ki, qeyd olunan bütün hadisələr və bunların nəticələri əsasında Ombudsman ofisi tərəfindən hesabat hazırlanacaq və beynəlxalq qurumlara təqdim olunacaqdır.