9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasının ildönümü münasibətilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bakı ilə Yerevan arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm şəkildə aparılır. Üçlükdə ünsiyyətə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur", - deyə Peskov qeyd edib.
Kremlin sözçüsü həmçinin bəyan edib ki, bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı imzaladığı bəyanat Yerevan və Bakı üçün son dərəcə əhəmiyyətlidir, çünki o, müharibəni dayandırmağa, regional iqtisadiyyatın və infrastrukturun inkişafı yoluna çıxmasına imkan verib.
“Rusiya sülhməramlılar öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi, atəşkəs rejimininin monitorinqini, qaçqınların geri qaytarılması prosesini təmin edir. Ona görə də imzalanmış sənədlərin əhəmiyyətini, əlbəttə ki, qiymətləndirmək çətindir”, - deyə Peskov vurğulayıb.