“2020-ci ilin sentyabrın 27-də Azərbaycan tərəfindən Türkiyənin və silahlı terrorçuların birbaşa iştirakı ilə Artsaxa və əhalisinə qarşı başladılan təcavüzü dayandırmaq üçün noyabrın 9-da Rusiya prezidentinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, Artsaxda Rusiya sülhməramlı qüvvələri yerləşdirilib”. Bu barədə ER Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Azərbaycan tərəfindən genişmiqyaslı beynəlxalq insan haqlarının pozulması, mülki infrastrukturun, mədəniyyət abidələrinin qəsdən hədəfə alınması, qadağan olunmuş silahlardan istifadə edilməsi və digər hərbi cinayətlərlə müşayiət olunan 44 günlük müharibə minlərlə insan itkisi, on minlərlə yaralı və dağıntılarla nəticələnib.
“Müharibə nəticəsində Artsaxın bir sıra rayonları etnik təmizləməyə məruz qaldı, əhalisi Azərbaycanın törətdiyi hərbi cinayətlərin və kütləvi vəhşiliklərin qurbanı oldu. Müharibə nəticəsində 40 min insan evini və əmlakını itirib, 17 mindən çox mülki obyekt və infrastruktur dağıdılıb, yüzlərlə dinc sakin həlak olub və ya yaralanıb, bir çoxunun taleyi isə naməlum olaraq qalır.
Ermənistan və Artsax üçtərəfli bəyanatın müddəalarını ardıcıl surətdə yerinə yetirir, lakin üçtərəfli bəyanatın imzalanmasından cəmi bir ay sonra Azərbaycan silahlı qüvvələri Artsaxın Hadrut rayonunun Xtsaberd və Hin Tağer kəndlərinə girərək, erməniləri öldürüb və əsir götürüblər. Bundan başqa, Ermənistan qoşunları qeyd olunan rayonlardan çıxarıldıqdan sonra Azərbaycan tərəfi öz silahlı qüvvələrinin həmin ərazilərdən Ermənistan Respublikasının suveren ərazisinə soxulması, qeyri-qanuni yerləşdirməsi ilə cavab verib.
Azərbaycan 9 noyabr bəyanatının 8-ci bəndini hələ də yerinə yetirməyib, çoxlu sayda erməni əsir, girov və digər saxlanılan şəxslər girovluqdadır ki, bu da təkcə üçtərəfli bəyanatın deyil, həm də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.”,-bəyanatda vurğuıanır.
XİN qeyd edir ki, Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması müntəzəm xarakter daşıyır, Bundan əlavə, Azərbaycan 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatları qəsdən təhrif edərək, sözdə “dəhliz” ideyanı dövriyyəyə buraxır və güc tətbiq etməklə hədələyir.
Bəyanatda deyilir ki, münaqişənin hərtərəfli həlli yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında dinc danışıqlar yolu ilə mümkündür. Azərbaycanın Artsaxa və onun xalqına qarşı güc tətbiqi nəticəsində yaratdığı reallıqlar DQ münaqişəsinin həlli üçün əsas ola bilməz.