Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Nazirlər 9 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin bitməsi ilə bağlı üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.
Ararat Mirzoyan Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və digər sxlnıln şəxslərin vətənə qaytarılmasının vacibliyini, həmçinin atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb.
ER xarici işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Şuşi yaxınlığında bir mülki vətəndaşın həlak olması, üç nəfərin isə yaralanması ilə nəticələnən təxribatını qətiyyətlə pisləyib. Mirzoyan vurğulayıb ki, Azərbaycan rəhbərliyi tərəfindən səsləndirilən anti-erməni ritorika və atəşkəs rejiminin davamlı şəkildə pozulması regional sabitlik və təhlükəsizliyə ciddi təhdiddir.
XİN rəhbərləri Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin aktual məsələlərinə, regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.