Rusiya XİN Artsax müharibəsinin durdutulması bağlı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanat yaydı.
“Bu gün deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanat ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və Yerevanın bütün müddəalarına gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət edilməsinə sadiq qalması vacibdir.
2020-ci il dekabrın 2-dən bəri Rusiya sülhməramlılarının iştirakı ilə ümumilikdə 122 hərbi əsir geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Rayona mütəmadi olaraq humanitar yardımlar çatdırılır, ərazilər təmizlənir (2020-ci ilin noyabr ayından bəri 2311,5 hektar ərazi və 683 km yol təmizlənib, 26 mindən çox partlayıcı obyekt aşkar edilib). Həyat üçün zəruri olan infrastruktur bərpa olunur. 53 minə yaxın qaçqın öz evlərinə qayıdıb”,- bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Rusiya XİN tərəfdaşlarla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir: “Rusiya Federasiyası Baş nazirinin müavini, Ermənistan Respublikası və Azərbaycan Respublikasının baş nazirlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndiririk. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək maraqlar balansına əsaslanan konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq. Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik. Biz bütün lazımi məsləhətləri verməyə hazırıq.
Biz, ilk növbədə, regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin həlli kontekstində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərin davam etdirilməsini vacib hesab edirik”,- bəyanatda qeyd olunub.