Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında 44 gün davam edən döyüşlərə son qoyan atəşkəs razılaşmasının imzalanmasının ildönümü münasibətilə bəyanatla çıxış edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqladığı bəyanatda Birləşmiş Ştatların keçən il döyüşlərdə həyatını itirənlərin ailələrinə başsağlığı bildirilib.
Department əsirlikdə olanların hamısının qaytarılmasına, itkin düşmüş şəxslərin tam qeydiyyata alınmasına, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin humanitar hərtərəfli minalardan təmizlənməsinə və beynəlxalq humanitar təşkilatlara ehtiyacı olanlar üçün çıxış imkanına çağırıb.
“Biz həmçinin iddia edilən insan hüquqları pozuntuları və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq” - deyə bəyanatda bildirilir.
Birləşmiş Ştatlar həmçinin Cənubi Qafqaz regionunda təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təmin edilməsinə sadiq qaldığını bildirib.
“Biz Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll olunmamış məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi də daxil olmaqla qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq” – deyə ABŞ Dövlət Departamentinin sözçüsünün açıqladığı bəyanatda bildirilir.