2020-ci ildə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzrə hərbi əməliyyatların başlanmasına son qoyan üçtərəfli bəyanatın imzalanmasından bir il sonra Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç münaqişənin humanitar və insan hüquqlarının nəticələrinə dair memorandum dərc edib və insan hüquqlarının müdafiəsi üçün səkkiz tövsiyə hazırlayıb.
Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat yayılıb.
Müvəkkil qeyd edib ki, humanitar yardım göstərən təşkilatlar, eləcə də insan hüquqlarının monitorinqi missiyaları üçün münaqişənin təsirinə məruz qalmış ərazilərə giriş çox məhdud olaraq qalır və bu cür missiyaların üzərinə getdikcə daha çox maneələr qoyulur.
Onun fikrincə, münaqişənin təsir etdiyi bütün ərazilərə çıxış məsələsi prioritet məsələ kimi həll edilməlidir.
Müvəkkil bütün aidiyyatı orqanları humanitar və insan hüquqları üzrə subyektlərə təcili humanitar yardıma və insan hüquqlarının müdafiəsinə ehtiyacı olan bütün şəxslərlə əlaqə saxlamağa imkan verən effektiv və çevik çıxış üsulları ilə çıxış etməyə çağırır.
“Münaqişəyə görə məcburi köçkün olmuş və hazırda Ermənistanda və ya Azərbaycanda, o cümlədən münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan hər kəs nə birbaşa, nə də dolayı yolla keçmiş evinə qayıtmağa məcbur edilməməlidir,” komissar bildirir.
Myatoviç vurğulayıb ki, geri qaytarma könüllü olmalı, onlar təhlükəsizlik və ləyaqət şəraitində həyata keçirilməlidir.
Komissar qeyd edib ki, əsirlərin, xüsusən də Azərbaycandakı erməni əsirlərin problemi iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirən mübahisəli məsələ olaraq qalır.
“Buna görə də, hələ də əsirlikdə olanların hamısının beynəlxalq humanitar və insan hüquqları hüququ ilə təmin edilən bütün müdafiələrlə təmin edilməsi, onların azad edilməsi və geri qaytarılmasının asanlaşdırılması çox vacibdir. Bir çox ailələr hələ də münaqişənin ağır yükünü daşıyırlar, xüsusən də ailə üzvünü itirmiş və ya qohumları itkin düşənlər. Buna görə də itkin düşmüş şəxslərin ailələrinin, onların hüquqi və praktiki ehtiyaclarının, həqiqəti bilmək hüququnun bu məsələ ilə bağlı bütün tədbirlərin mərkəzinə yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, rabitəni inkişaf etdirmək, ümumi məlumat bazası yaratmaq, cəsədlərin qalıqlarının yeri və identifikasiyası şanslarını artırmaq üçün hər iki tərəflə daha çox əlaqəyə ehtiyac var,” komissar bildirir.
Bundan əlavə, müvəkkil QHT-lərdən, qurbanlar və onların ailələrindən beynəlxalq humanitar hüququn pozulması, eləcə də münaqişə tərəfləri tərəfindən insan hüquqlarının ciddi şəkildə pozulması barədə etibarlı hesabatlar aldığını bildirir.
Komissar vurğulayır ki, dövlətlər beynəlxalq humanitar hüquq və Avropa İnsan Hüquqları Konvensiyasına əsasən hərbi cinayətlərə və ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək öhdəliyinə malikdirlər.
Müvəkkil həmçinin əhalinin məskunlaşdığı ərazilərin atəşə tutulması, dinc əhalinin ölümü və ciddi xəsarət alması ilə bağlı xəbərlərdən xüsusilə narahatdır.