Ermənistan sərhədlərin demarkasiyasını zəruri hesab edir, lakin Azərbaycan tərəfinin hər gün atəşkəsi pozduğu halda bu prosesin başlamasını təsəvvür etmək çətindir.
Bunu Nikol Paşinyan qeyd etdi.
“Biz açıq şəkildə qeyd etdik ki, demarkasiya, delimitasiya prosesi, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması prosesi bir-birindən fərqlidir.
Bir il ərzində Artsaxda atəşkəs hər gün pozulur. Ümumilikdə Ermənistan-Azərbaycan sərhədində atəşkəs hər gün pozulur. Ona görə də hər gün atışmaların baş verdiyi sərhəddə demarkasiya prosesini təsəvvür etmək çox çətindir", - baş nazir bildirib.