Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın tirajladığı tezisləri təkzib edib. Moskva bir daha təsdiqlədi ki, “dəhliz” anlayışı müzakirə olunmayıb və müzakirə olunmur. Blokdan çıxarılmış, yeni yaradılan yollar keçəcəyi ölkənin suverenlik zonası sayılacaqdır.
Bakıya növbəti mesaj isə, sülhməramlılarla bağlı idi. Rəsmi Yerevan və Bakıya istinad edən Moskva bildirib ki, tərəflər Rusiyanın sülhməramlı missiyasının son bir ildə atəşkəsi təmin etdiyi və özünü regionda sabitlik və təhlükəsizliyin etibarlı təminatçısı kimi təsdiqlədiyi barədə razılığa gəlib.
Əslində, Moskva bu yolla sülhməramlılarla bağlı Azərbaycandakı açıq-aydın narazılığına məhəl qoymadığnğ göstərir.
Rusiya Xarici İşlər Nazirliyi onların məqsədinin Dağlıq Qarabağı ayırıb Azərbaycana vermək, Ermənistanı protektorata çevirmək olduğu barədə fikirləri isə populist və reallıqla heç bir əlaqəsi olmayan kimi qiymətləndirib.
Siyasətlə yanaşı, Bakıya hüquqi də şillə vuruldu. AİHM bu ölkədə ermənilərin yaşamaq hüququnun pozulmasına dair qərar verib. Söhbət Avropa Məhkəməsinin Mamikon Xocoyan və Karen Petrosyanın işi üzrə çıxardığı qərarlardan gedir. Ümumiyyətlə, son iki ildə AİHM Azərbaycana qarşı artıq 5 qərarı verib, amma Azərbaycan isə hələ də onların tələblərini yerinə yetirməyib.