Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi İraqın baş naziri Mustafa Əl-Kazımiyə qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyib. Bu barədə ER Xarici İşlər Nazirliyinin Twitter mikrobloqundaməlumat yayılıb.
“Biz İraqın baş naziri Mustafa Əl-Kazımiyə sui-qəsd cəhdini qətiyyətlə pisləyirik. Terrorla mübarizə, regional təhlükəsizlik, daxili təhlükəsizlik və sabitlik sahəsində dost İraqın səylərinə dəstəyimizi və həmrəyliyimizi ifadə edirik”,-məlumatda deyilir.
Xatırladaq ki, Bağdadda İraqın baş naziri Mustafa Əl-Kazımiyə pilotsuz təyyarənin köməyi ilə sui-qəsd edilib.