Noyabrın 8-də ER xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda missiyasını başa vuran BMT-nin Ermənistandakı daimi əlaqələndiricisi Şombi Şarpı qəbul edib.
Nazir Mirzoyan Şombi Şarpın Ermənistandakı missiyası zamanı gördüyü işlərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı ER XİN başçısı demokratik islahatların davamlı inkişafına yönəlmiş səylər kontekstində BMT-nin ixtisaslaşmış qurumlarının Ermənistana dəstəyini yüksək qiymətləndirib.
Artsaxda 44 günlük müharibənin qurbanlarına yardım göstərmək səyləri müzakirə olunub. Bu kontekstdə nazir Mirzoyan beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının Artsaxa maneəsiz girişinin təmin etmələrinin zəruriliyini vurğulayıb.