Düşmən Artsaxın işğal olunmuş ərazilərində mədəni irsini məhv etməyi davam edir. Azərbaycan bu dəfə Madataşen kəndinin məktəbini, mədəniyyət evini, abidəni dağıdıb. Bunu “Caucasus Heritage Watch” təşkilatı bildirdi.
Qeyd olunub ki, peyk fotolarına görə düşmən Askeran rayonunun Mədətaşen kəndindəki məktəbi dağıdıb və məktəbin yanındakı kilsənin divarına çatıb. Kilsə təhlükəs altındadır. Azərbaycanılar Artsax Azadlıq müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidəni də dağıdıblar.
“Azərbaycan tərəfinin yaydığı videoda azərbaycanlı hərbçilərin Artsax azadlıq müharibəsi qəhrəmanlarının abidəsini necə sındırması, dağıtması və məhv edilməsi açıq-aydın görünür”,- deyə qeyd olunub.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Artsaxda məqsədli şəkildə mədəni soyıqırmı siyasəti aparır.