Artsax Respubliaksının Dövlət naziri Artak Beglaryan ABŞ Boston şəhərində icma nümayəndələri ilə görüşlər keçirib. Bunu Artsax Hökuməti “Facebook” səhifəsində bildirdi.
Artak Beglaryan Artsaxın hazırkı vəziyyətini və gələcəyə baxışını təqdim etdi. O vurğuladı ki, Artsax erməniləri öz müqəddəratını təyinetmə hüququ və müstəqilliyin beynəlxalq səviyyədə tanınması uğrunda ədalətli mübarizəsini davam etdirir.
Dövlət naziri qeyd etdi ki, bundan sonra diaspora Vətənə dəstək olmamalı, Vətənin inkişafı və möhkəmlənməsi üçün səylərdə iştirak etməlidir.
Artak Beglaryan İcma təşkilatlarının rəhbərliyi ilə görüşlər keçirib, Artsaxda həyata keçirilən proqramlar, mövcud ehtiyaclar və prioritetlər müzakirə olunub.