Sülh gündəliyi Azərbaycanın monopoliyası deyildir, biz özümüz bir neçə dəfə sülh təklif etdik və Ermənistanın cavab verməməsi ilə bağlı bəyanatlar çox qəribədir.
Bunu ER Baş naziri Nikol Paşinyan bildirdi.
“Ermənistan bu bəyanatlara cavab verib. Ermənistan deyib ki, hazırdır. Biz vurğuladıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar formatının məqsədi sülh sazişinin əldə olunmasıdır. Biz dedik ki, bəli, bəli, biz o müzakirələrə hazırıq. Hesab edirik ki, bu müzakirələr ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində görülən işlərin, xüsusən də Dağlıq Qarabağ münaqişənin nizamlanmasının daxil edilməsi ilə baş verməlidir”,- Baş nazir vurğuladı.
ER Baş naziri bildirdi ki, sazişi Ermənistan və Azərbaycan imzalamalıdır.
“Lakin danışıqlar formatını ATƏT Minsk qrupu həmsədrliyi çərçivəsində görürük”,- Paşinyan deyib.