ER Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Baş nazir Overçukun Ermənistana səfərini alqışlayıb və Rusiya Federasiyası, Ermənistan Respublikası və Azərbaycan Respublikası baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi komissiyanın işini yüksək qiymətləndirdiyini qeyd edib.
“Amma vurğulamaq istərdim ki, Azərbaycanın dəhlizlərlə bağlı verdiyi bəyanatlar işimizin səmərəliliyinə mənfi təsir göstərir, xüsusən də nəzərə alsaq ki, bizim üçtərəfli bəyanatımızda dəhlizlərdən bəhs olunmur”,- deyə Nikol Paşinyan qeyd edib.
ER Baş nazirinin sözlərincə, erməni tərəfi dəfələrlə açıq şəkildə bəyan etmişdir ki, konkret həll yollarına getməyə hazırdır: “Onların mahiyyəti aşağıdakılardan ibarət olmalıdır: Ermənistan Azərbaycandan keçən avtomobil-dəmir yolları, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə, o cümlədən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəmir yolu rabitəsi marşrutları almalıdır.
Aleksey Overçuk baş nazirə görüşə və Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə təşəkkür edib.
“Bu gün yolların həqiqətən necə göründüyü barədə çox yaxşı təsəvvürümüz var. Bu məlumatlara əsasən, oktyabrın 22-də keçirilən birgə işçi qrupun 8-ci iclasından sonra bizə elə gəlir ki, biz konkret həllər əldə edəcəyik. Onlar ilk növbədə ona əsaslanır ki, yolların muxtariyyəti onların keçdiyi ölkələrin məsuliyyətində qalır”,- deyə Overçuk vurğulayıb.