Baş nazir Nikol Paşinyan AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Kimo Kiluneni və Boriana Aberqi qəbul edib.
Paşinyan 20 il ərzində Avropa Şurası Parlament Assambleyasına və Avropa Şurasına üzvlüyümüzü həmişə yüksək qiymətləndirdiyimizi qeyd edib.
“Biz Avropa Şurasına daxil olanda üzvlük sənədlərimizdə iki əsas istiqamət var idi: biri demokratiya, digəri isə sülhdür. Qeyd etməliyəm ki, biz demokratiya sahəsində ciddi irəliləyiş əldə etmişik”,- deyə Paşinyan əlavə etdi ki, Avropa Şurasının son 20 ildə Ermənistanı demokratiya yolunda dəstəklədiyini yüksək qiymətləndirir.
“Digər məsələdə isə problemlərimiz var. Təəssüf ki, regionumuzda sabitlik və sülh böyük zərbə altındadır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata rəğmən Azərbaycanda hələ də əsirlərimizin olması bunun ən parlaq ifadəsidir”.
Paşinyan vurğuladı ki, bütün çağırışlara və çətinliklərə baxmayaraq, Ermənistan hökuməti Ermənistan və region üçün dinc inkişaf erasının açılması siyasətini yürüdür, amma bu, təkcə bizdən asılı deyil,
AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi Boriana Aberq qeyd edib ki, Ermənistan demokratiya sahəsində çoxlu nailiyyətlər əldə edib və Ermənistan regionda demokratiyanın parlayan ulduzudur.
AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri regionda sülh və sabitliyin bərqərar olması üçün bütün iştirakçı ölkələrin səylərini vacib sayaraq, Azərbaycanda erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal azad edilməsinin zəruriliyini bundan sonra da səsləndirəcəklərini qeyd ediblər.