Noyabrın 5-də Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan Fransa Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, regional təhlükəsizlik, silahlı qüvvələrdə aparılan islahatlar və bu kontekstdə müdafiə sahəsində Ermənistan-Fransa ikitərəfli əməkdaşlığı müzakirə olunub.
Tərəflər mövcud səmərəli proqramları davam etdirmək və əməkdaşlığın yeni istiqamətlərinə başlamaq üçün əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyətlərin aktivləşdirməsini vacib sayıb.