ABŞ senatoru Bob Menendes Dövlət Departamenti və Müdafiə Nazirliyindən Türkiyənin zərbə vuran pilotsuz uçuş aparatlarının ixracı ilə bağlı hesabat təqdim etməyi tələb edib.
Senator 2020-ci ildə Azərbaycanın Artsaxa qarşı Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə etməsini nümunə kimi göstərib. Bu barədə Amerika Erməni Milli Komitəsi məlumat yayıb.
Bob Menendes Konqresin Erməni Məsələləri üzrə Qrupunun üzvü, 12 dekabr 2019-cu ildə ABŞ Senatı tərəfindən qəbul edilən Erməni Soyqırımı ilə bağlı 150 saylı qətnamənin həmmüəllifidir.