İşgüzar səfərlə Ermənistanda olan Gürcüstanın Konstitusiya Məhkəməsinin sədri Mehrab Turavayanın başçılıq etdiyi nümayəndə heyəti ER-nın Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın müşayiəti ilə Erməni Soyqırımının xatirə kompleksinə ziyarət edib. Bu barədə Soyqırım muzeyinin “Facebook” səhifəsində deyilir.
Xatirə kompleksinin yaradılması hekayəsini Erməni Soyqırımı Muzey-İnstitutunun elmi işlər üzrə direktor müavini Edita Gzoyan təqdim edib. Gzoyan ötən əsrin sonlarında Azərbaycanda erməni əhalisinə qarşı etnik təmizləmə zamanı həlak olmuş ermənilərin xatirəsinə həsr olunmuş Tsitsernakaberd ərazisində yerləşdirilən üç xaçkdaşın hekayəsini də qonaqlara təqdim edib.