Ermənistanda daha 1835 nəfərdə koronavirus aşkarlanıb, 1987 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 316 839 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 50 nəfər ölüb. Bununla da ölənlərin sayı 6582-yə çatıb.