"Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk".
Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib.
"Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin qarşıya çıxan maneələri dəf etmək üçün hər iki tərəfdə ciddi iradə olması vacibdir", - Abdullahiyan deyib.
"Bu kontekstdə biz ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik".