Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, müzakirələrdən sonra qərar layihəsi qəbul edilib.
Qeyd edək ki, amnistiya aktı ilə ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.